07.06.2025, 05:46
AZ EN
06.06.2025, 10:16 116

Şuşada qurbanlıq heyvanların səyyar kəsim məntəqəsi təşkil edilib

QARABAĞ
  • Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə Qurban bayramı günlərində Şuşada qurbanlıq heyvanların kəsimi və satışı təşkil edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimov bildirib ki, ərazidə quraşdırılan səyyar heyvan kəsimi çadırlarında qurbanlıq heyvanların kəsimi və satışı baytarlıq nəzarəti altında həyata keçirilir. Eyni zamanda, işğaldan azad edilmiş digər ərazilərdə Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərir.

Qeyd edək ki, bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. (AZƏRTAC)

Oxşar xəbərlər