20.04.2025, 06:11
AZ EN
17.01.2025, 10:53 304

Qarabağ Universitetinin əməkdaşları Ağdama səfər ediblər

QARABAĞ
  • Qarabağ Universitetinin əməkdaşları Ağdam sənaye parkının rezidenti olan “Mister Decor” MMC ilə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Ağdama səfər ediblər.

Səfərin təşkilində məqsəd universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, tələbələr üçün yeni təcrübə imkanlarının yaradılması və gələcəkdə birgə layihələrin həyata keçirilməsidir.

Qeyd edək ki, “Mister Decor” Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Hüquqi şəxs Azərbacan Respublikası Prezidenti İlham Əliyevin 30 aprel 2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər