Bunu energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.
Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə dinamik inkişaf etdiyi və Azərbaycanın Çex Respublikasına xam neftin təchizatında mühüm tərəfdaş olduğu qeyd edilib.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”ə müvafiq olaraq yaradılmış Birgə İşçi Qrupu çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, SOCAR və CEZ şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycandan Avropaya “yaşıl enerji”nin ixracı və “Həmrəylik Halqası” layihələri ətrafında fikir mübadiləsi aparılıb. ("Report")