20.03.2026, 03:08
AZ EN
19.03.2026, 20:30 107

Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Baş nazir aparatının məlumatına istinadən Ermənistan KİV-i məlumat yayıb.

Paşinyan qeyd edib ki, ikitərəfli əməkdaşlıq gündəliyi ardıcıl olaraq genişlənir. M.Kos Aİ-nin ikitərəfli əməkdaşlıq çərçivəsində Ermənistanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Görüş zamanı həmsöhbətlər tərəfdaşlığın inkişafını, iqtisadi və investisiya proqramlarının genişləndirilməsi imkanlarını, həmçinin Ermənistan və Aİ ölkələri arasında viza rejiminin liberallaşdırılması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Həmçinin regional məsələlərə və İrəvanla Bakı arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara da toxunulub. Marta Kos Aİ-nin sülhə nail olmağa yönəlmiş səylərə tam dəstəyini vurğulayıb.

Tərəflər yüksək səviyyəli dialoqun davam etdirilməsinin və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə səylərin vacibliyini qeyd ediblər. (Report)

Oxşar xəbərlər