Tədbirlər çərçivəsində Tələbələrlə iş mərkəzi tərəfindən “20 Yanvar – İstiqlal yolu” mövzusunda seminar, Humanitar və sosial elmlər və İncəsənət fakültəsi tərəfindən “Qanla yazılmış tarix” adlı panel müzakirə, eyni zamanda seminar keçirilib.
Şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə 20 Yanvar hadisələrinin tariximizdə rolu, eləcə də ərazi bütövlüyü və milli suverenliyin bərpasındakı əhəmiyyəti müzakirə olunub. Çıxışlarda 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və lazımı hüquqi-siyasi-qiymətin verilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidməti tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bununla yanaşı, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbirin Xankəndi şəhərində qeyd edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Tahirə AĞAMİRZƏ