03.04.2026, 19:32
AZ EN
03.04.2026, 17:30 49

Elm və təhsil nazirinin müavini Xıdırlı kənd məktəbində olub

QARABAĞ
  • Aprelin 3-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam rayonuna səfər edib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir müavini Ayköl Manas adına Xıdırlı kənd tam orta ümumtəhsil məktəbini ziyarət edib, burada yaradılmış tədris şəraiti və təhsil prosesi ilə yaxından tanış olub. Nazir müavini dərs prosesini izləyib, müəllim və şagirdlərlə ünsiyyət quraraq tədrisin keyfiyyətinin artırılması, innovativ yanaşmaların tətbiqi və şagirdyönümlü təhsil mühitinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparıb.

Ağdam rayonuna səfərin davamında Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə sözügedən region üzrə çalışan məktəb direktorları da iştirak ediblər. Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir tədris metodlarının tətbiqi və innovativ yanaşmaların genişləndirilməsi məsələləri müzakirə olunub.  

Firudin Qurbanov çıxışında gənc müəllimlərin təhsil sistemində aparılan islahatlarda mühüm rol oynadığını qeyd edib, onların təşəbbüskarlığının və innovativ yanaşmalarının dəstəklənməsinin vacibliyini vurğulayıb.

Görüş çərçivəsində iştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər