03.04.2026, 17:45
AZ EN
03.04.2026, 15:37 219

Separatçıların "bayrağı" Ermənistanda qalmaqal yaratdı

XƏBƏRLƏR
  • 2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirlərindən sonra ləğv edilmiş qondarma "artsax respublikası"na məxsus bayraqla bağlı yaranmış xırda narazılıq Ermənistanda böyük və ciddi qalmaqala səbəb olub. Məsələ o həddə qədər çatıb ki, bayrağı öz iş o yerində nümayiş etdirən erməni qadın yerli administarasiyanın tələbi əsasında vəzifədən uzaqlaşdırılıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Hraparak" qəzetində dərc olunan məqalədə bildirilir ki, qalmaqal ləğv edilmiş separatçı-terrorçu rejimin bayrağının Armavir vilayətinin Sardarapat kənd məktəbinin "Şərəf lövhəsi"ndə yerləşdirməsindən sonra yaranıb. "Hraparak" qəzetində dərc olunan məqalədə bildirilir ki,  həmin “bayraq” 44 günlük müharibə zamanı Hadrutdakı erməni hərbi birləşmələri tərəfindən Sardarapat kənd məktəbinin şagird-müəllim kollektivinə hədiyyə olaraq göndərilib. Bundan sonra bayraq təhsül müəsisənin rəhbərinin istəyi ilə məktəbin "Şəfəf lövhəsi"ndə saxlanılıb. Bu yaxınlarda isə Ermənistanın Elm və Təhsil Nazirliyinin nümayəndələri məktəbdə yoxlama apararkən artıq Qarabağ probleminin aradan qaldırıldığı və regionda sülhün bəqərar olduğu əsas gətirilərək keçmişdə qondarma "artsax"a aid olan bayrağın oradan götürülməsi barədə tapşırıq verilib. Lakin məktəbin direktoru Karine Smbatyan göstərişi yerinə yetirməkdən imtina edib. Bundan sonra Armavir vilayətinin administrasiya rəhbərliyi öz nümayəndəsini həmin kəndə göndərib, amma bu dəfə də direktor inadından əl çəkməyib. Daha sonra qubernator Vahram Xaçatryan şəxsən özü kəndə gələrək vəziyyətlə yerindəcə maraqlanıb. Məktəbin direktoru vəzifəsindən istefa vermək bahasına olsa da, "bayrağın" məktəbin "Şərəf lövhəsi"ndən çıxarılmasına razı olmayıb. Buna görə də çıxılmaz vəziyyətdə qalan administarsiya rəhbliyii direktor Karine Smbatyanın vəzifədən uzaqlaşdırılmasını tələb edib. Elm və Təhsil Nazirliyi onun təqdimatına adekvat cavab verməklə revanşist əhval-ruhiyyəli erməni qadını vəzifəsindən azad edib.

Elxan SALAHOV

Oxşar xəbərlər