27.07.2024, 05:59
AZ EN
17.04.2024, 12:34 194

Paşinyanın yalanları davam edir

XƏBƏRLƏR

"Joğovurt" qəzetinin bu günkü sayında "Paşinyanın yalanları" rubrikası ilə "100-cü hissə" başlıqlı məqalədə göstərilir ki, hakimiyyətə küçə aksiyaları ilə gələn baş nazir Nikol Paşinyan öz yalanlarını ört-basdır etmək üçün müxtəlif siyasi terminlərdən istifadə edir. Əlavə olunur ki, o, 2019-cu ilin sentyabrında Türkiyə barədə dediyi fikirlərini indi təkzib edən ifadələr işlədir. Özünü xalqın himayədarı kimi göstərməyə çalışsa da apardığı siyasətin ölkəyə yalnız ziyan vurduğunu vurğulayan nəşr belə davam edərsə, Ermənistanın öz müstəqilliyini itirəcəyi qənaətinə gəlir. Nəşrin iddiaları  sırasında bu bir həqiqətdir ki, Ermənistan heç vaxt müstəqil siyasət aparmayıb. Hazırda isə o, Qərblə Rusiya arasında vurnuxmaqdadır. Ona görə də baş nazirin yalanları kəsmir.

Xəbəri "Lurer.com" paylaşıb.

N.Qaramanlı

Oxşar xəbərlər