22.04.2025, 00:17
AZ EN
04.03.2024, 11:25 373

Ermənilər Rusiya səfirini suçlayırlar

XƏBƏRLƏR
  • Məlum həqiqətdir ki, bu və ya digər ölkənin səfiri göndərildiyi ölkədə məhz öz dövlətinin maraqlarına xidmət edir. Onun nə vaxt dəyişdiriləcəyi isə bilavasitə öz dövlətinin başçısının səlahiyyəti daxilindədir. Amma ermənilər bu adi gerçəkliyi də başa düşmək istəmirlər.

Ermənistanın sabiq iqtisadiyyat naziri David Ananyan da məhz həmin ermənilərdəndir. O, yazıb ki, postsovet ölkələrinin münasibətləri daha çox səfirlər vasitəsi ilə qurulur. Rusiya və Ermənistan da belədir. Amma Rusiyanın Ermənistandakı səfiri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasına heç bir töhfə vermək iqtidarında deyil. Bu xəbəri yayan "Hraparak" daha sonra bildirib ki, Rusiyanın Ermənistana soyuqqanlı münasibətini görən D.Ananyan Ermənistandakı səfirin yenisi ilə əvəz olunmasını təklif etməklə həm də beynəlxalq diplomatiya qaydalarına bələd olmadığını sərgiləyir. Ermənilər arasında anti-Rusiya çıxışları isə nə səfirin dəyişdirilməsinə, nə də iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasına hesablanmayıb. Bu sadəcə, Qərbə doğru istiqamət götürən hakimiyyətin özü yaratdığı təbliğatdır və yaxşı heç nə vəd etmir.

N.Qaramanlı

Oxşar xəbərlər