24.03.2026, 19:58
AZ EN
24.03.2026, 16:00 56

Alen Simonyan: "İyunda keçiriləcək parlament seçkiləri sülh və mümkün müharibə arasında seçimdir"

XƏBƏRLƏR
  • Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində ölkə əhalisi sülh ilə mümkün müharibə arasında seçim etməli olacaq.

Bu barədə ölkə parlamentin sədri Alen Simonyan jurnalistlərə deyib.

"Bəli, müharibə partiyası var və sülh partiyası var. 2026-cı il seçkiləri sülh və mümkün müharibə haqqında olacaq", - o deyib.

Bununla yanaşı, A.Simonyan vurğulayıb ki, hazırda regionda "müharibə yoxdur, sülh var".

O əlavə edib ki, Ermənistanın indiki hökuməti, "Vətəndaş müqaviləsi" - sülh partiyasıdır, qalanları, əsas müxalifət qüvvələri isə müharibə partiyalarıdır:

"Reallıq belədir. Əgər insanlar hər hansı bir tələb irəli sürməli olduqlarını deyirlərsə, bu, müharibə adlanır". (Report)

Oxşar xəbərlər