01.05.2025, 06:37
AZ EN
24.02.2023, 13:47 323

Hay parlamenti əmək qanunvericiliyində düzəlişlər edib

XƏBƏRLƏR
  • Bu gün saat 11-də Ermənistan parlamentində əmək və sosial məsələlər daimi komissiyasının təqdim etdiyi layihə dinləmələrdən sonra xeyli müzakirə olunub və qeyd olunan düzəlişlər qəbul edilib. "Hraparak" və "Lurer.com" parlamentin mətbuat xidmətindən aldığı məlumata əsasən xəbər verir ki, indiyədək işləyən pensiyaçılar ildə bir dəfə əmək müqaviləsi bağlanılmaqla öz fəaliyyətini davam etdirirdilər. Bu gün qəbul edilmiş sənədə görə isə onlarla yalnız bir dəfə və qeyri-müəyyən vaxtadək əmək müqaviləsi bağlanılır. Bununla da onlar pensiya yaşına çatmayanlarla eyni hüquqi subyektə çevrilməklə qanunda nəzərdə tutulan bütün güzəştləri də əldə etmiş olurlar.

Amma müxalifətin nümayəndələri brifinqdə bildiriblər ki, "bu sadəcə demokratik görüntüdür. İşəgötürən istənilən yaşlı adamın, xüsusilə pensiyaçı müxalifətçinin işdən azad olunması üçün həmişə əsas tapacaqdır". Hakimiyyət rəsmiləri isə yeni qəbul edilən qərarın xalqın maddi rifahının yüksəldilməsinə xidmət edəcəyinə əminlik ifadə ediblər.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR