Bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığının yekunları üzrə "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, tərəflər strateji tərəfdaşlığın möhkəmliyini təsdiqləyib və bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər.
"Bu ilin sonlarında Rumıniyada keçiriləcək Rumıniya-Azərbaycan birgə hökumətlərarası komissiyasının iclasının hazırlıqlarına dəstəyimizi təsdiqlədik; xüsusi diqqət energetikaya ayrılacaq. Həmçinin bağlantı məsələlərinə və Qara dəniz - Xəzər dənizi nəqliyyat dəhlizinin əsas roluna toxunduq", - o yazıb.
Toiu həmçinin əlavə edib ki, tərəflər növbəti həftə Avropa İttifaqı Xarici İşlər Şurasının iclasının gündəliyinə daxil ediləcək Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar. (Report)