20.04.2025, 10:12
AZ EN
09.12.2024, 14:07 231

Paşinyanın müavini: Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib, növbəti görüşə hazırlıq gedir

XƏBƏRLƏR
  • Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib.

Bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Tərəflər növbəti görüşə hazırlaşsa da, onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur”, - Nikol Paşinyanın müavini bildirib.

O, həmçinin delimitasiyanın sərhədin hansı istiqamətində davam edəcəyini açıqlamayıb.

M.Qriqoryanın sözlərinə görə, tərəflər növbəti görüşdə nəqliyyat kommunikasiyalarının açılması məsələsini də nəzərdən keçirəcək. (APA)

Oxşar xəbərlər