Bunu aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
Latviya Prezidenti bugünkü görüşdə regional proseslərin ətraflı müzakirə edildiyini də vurğulayıb.
“Azərbaycanın Trans-Xəzər nəqliyyat dəhlizi və enerji dəhlizində rolunu xüsusilə qeyd etmək istərdik. Bu, həm Latviya, həm də Avropa İttifaqı üçün əhəmiyyətli məsələdir”, - deyə Latviya Prezidenti qeyd edib. (AZƏRTAC)