22.04.2026, 18:37
AZ EN
22.04.2026, 13:25 206

Prezident İlham Əliyev latviyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər