Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, həmin vəsaitin 355,2 milyon manatı infrastruktur təyinatlı layihələrin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 185 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrası üçün 28 milyon manat), 10,7 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi üzrə xərclərə yönəldilib. (Report)