17.04.2025, 23:49
AZ EN
04.05.2023, 13:43 371

Ceyhun Məmmədov: “Bu tədbirlər bu istiqamətdə davamlı olaraq həyata keçirilməsə, biz zaman-zaman yenidən eyni problemlərlə üzləşəcəyik”

XƏBƏRLƏR
  • “Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə son günlər İranla gərginliyin azaldılması, ölkələrimiz arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atılır”.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Milli Məclisin növbəti iclasında səsləndirib. Millət vəkili vurğulayıb ki, son dövrlər İranın da siyasətində bu dəyişiklik açıq hiss olunur: “Əvvəlki dövrlərdə sərt bəyanatlar, ittihamlar artıq yoxdur. Bu addımların atılması çox önəmlidir. İnsanlarımız da bilməlidir ki, nə İran bu bölgədən gedəndi, nə Azərbaycan. Biz mütləq  normal qonşuluq münasibətlərini qorumalıyıq”.

Millət vəkli qeyd edib ki, burda bir məqamın üzərində durmaq istəyirəm: “Bir neçə gündür mediada davamlı olaraq ölkəmizə qarşı çağırışlar edən “kərimə dövləti”nin qurulması ilə bağlı fikirlər səsləndirən və bizim gənclərimizi təşkilatlanmağa çağıran, təxribatlara təhrik edən iki şəxsin həbsi ilə bağlı məlumatlar geniş yayılmaqdadır. Bu məlum məsələdir ki, təkcə bu iki şəxs yox, çoxlu sayda şəxs orada oturaraq, xüsusilə bizim münasibətlərimizin gərginləşdiyi vaxtda Azərbayana qarşı müəyyən iddiaları, ittihamları səsləndirirlər və bu da nəticədə münasibətlərin  gərginləşməsinə səbəb olur. Hesab edirəm ki, İran tərəfi Azərbaycan tərəfinin də yanaşmasını nəzərər alaraq bu hər iki şəxsin Azərbaycana təhvil verilməsinə çalışmalıdır. Onlar azad olunduğu təqdirdə yenidən münasibətlərin gərginləşməsi, “kərimə dövləti”nin qurulması ilə bağlı çağırışlar edəcəyi şüphəsizdir. Buna paralel olaraq, eyni zamanda mən düşünürəm ki, biz bir müddətdir başlatdığımız radikal təriqətlərə qarşı mübarizəni də eyni qaydada davam etdirməliyik”.

C.Məmmədov daha sonra əlavə edib ki, son günlər hüquq mühafizə orqanlarımız bu istiqamətdə çox ciddi addımlar atırlar: “Bu da reallıqdır ki, onların sayı ölkəmizdə on minlərlədir. Eyni zamanda biz dini fəaliyyət sahəsində də islahatları sürətləndirməliyik. Bu gün Azərbaycanın suverenliyi, müstəqilliyi üçün ən ciddi təhdidlərdən biri siyasiləşmiş radikal islamdır. Ona görə də bunun qarşısının alınması üçün bu cür adamların həbsi istiqamətində addımlar atılmalıdır. Eyni zamanda, bu düşüncədə, bu təfəkkürdə olan insanlar da bizim məscidlərimizdəki vəzifələrindən uzaqlaşdırılmalıdır. Onu da qeyd etmək lazımdır ki, biz bunu bir kompleks tədbirlər şəklində həyata keçirməliyik. Əgər bu tədbirlər bu istiqamətdə davamlı olaraq həyata keçirilməsə, biz zaman-zaman yenidən eyni problemlərlə üzləşəcəyik”, - deyə millət vəkili həyacan təbili çalıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR