Bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Qırğızıstan Milli Filarmoniyasında keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin açılışında deyib.
Nazir bildirib ki, Azərbaycan və Qırğızıstan prezidentlərinin münasibəti mədəni-humanitar yaxınlıq üçün əsas istiqamətverici faktordur.
A.Kərimli son illərdə iki ölkənin yaradıcı kollektivlərinin qarşılıqlı səfərlərinə diqqət çəkib:
“Bu kimi yaradıcı səfərlər, eləcə də mədniyyət günləri xalqların bir-birini daha yaxından tanımasına xidmət edir”. (Report)