15.04.2026, 21:49
AZ EN
15.04.2026, 17:24 113

Azərbaycan yaxın 4 ildə işğaldan azad olunmuş ərazilərinə 13 milyard manat xərc çəkəcək

XƏBƏRLƏR
  • 2027-2030-cu illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası xərclərinin 13,3 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, bu xərclər dövlət büdcəsinin əsaslı xərclərinin təxminən 24,3 %-ni təşkil edəcək.

Xatırladaq ki, 2021-2025-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 22 milyard manat xərclənib. 2026-ci ildə isə bu istiqamətdə 3,5 milyard manat vəsait ayrılması nəzərdə tutulub. (Report)

Oxşar xəbərlər