18.06.2025, 21:30
AZ EN
09.10.2023, 08:29 341

Vüqar Bayramov: "Azərbaycan və Gürcüstan Avropaya "yaşıl enerji" körpüsü salmağa başlayır"

XƏBƏRLƏR
  • "Gürcüstana işgüzar səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevin həmin ölkənin Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub və liderlər mətbuata bəyanatlarla çıxış ediblər". Bunu Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Gürcüstan Azəbaycanın regional strateji müttəfiqlərindən hesab olunur: "İki ölkə arasındakı ticarət dövriyyəsində son illər artım tendensiyası davam etməkdədir. Belə ki,  ölkələr arası ticarət dövriyyəsi 2022-ci ildə 771.8, 2021-ci ildə 761.3, 2020-ci ildə isə 536.2 milyon dollar olub. Bu o deməkdir ki, son 3 ildə Azərbaycan ilə Gürcüstan arasındakı ticarət dövriyyəsində 44 faiz artım qeydə alınıb. 2023-cü ilin ilk 7 ayında isə ölkələr 520.3 milyon dollar qarşılıqlı ticarət dövriyyəsinə sahib olublar. Bu isə bu ildə də ticarət dövriyyəsindəki artım tendensiyasının qorunub saxlanacağından xəbər verir.

Tərəflərin qarşılıqlı əməkdaşlığı eyni zamanda yaşıl enerji sahəsində daha da dərinləşməkdədir". Deputatın daha sonra əlavə edib ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması bu imkanları daha da genişləndirib: "Azərbaycan və Gürcüstan Avropaya "yaşıl enerji" körpüsü salmağa başlayır. 2027-ci ilədək istehsal olunancaq illik 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizi ixrac olunacaq.

Orta Dəhlizin cəlbediciliyinin daha da artması Azərbaycan və Gürcüstanın beynəlxalq yükdaşımalar və nəqliyyat qovşaqları kontekstdən əhəmiyyətini daha da artırır.

Bütövlükdə, hər iki ölkənin iqtisadiyyatın çox fərqli sahələrində əməkdaşlığı dərinləşməkdədir. Bu Qafqazda dayanıqlı sülhün əldə edilməsi baxımdan da vacib şərtlərdəndir",- deyə V. Bayramov vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər