19.10.2024, 07:37
AZ EN
07.03.2024, 11:01 275

Ağdam Sənaye Parkında daha bir beton zavodu qurulacaq

XƏBƏRLƏR

Azərbaycanın yerli kapitallı “Kontakt Kaspi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Ağdam Sənaye Parkında qeyri-rezident olaraq beton və beton məmulatları zavodu quracaq.

"Vətən səsi" xəbər verir ki, bunu MMC-nin direktoru Nərgiz Bədəlova deyib. Onun sözlərinə görə, artıq parkın ərazisində zavod üçün yer ayrılıb. Bu ilin aprelinə qədər zavodun tikinti layihəsi təsdiqlənərsə, may ayından inşaat işlərinə başlanılacaq. Tikinti işlərinin təxminən 2-3 ay davam edəcəyi gözlənilir.

Zavodun məhsulları daxilin tələbatın ödənilməsi ilə yanaşı, “Made in Azerbaijan” brendi altında xaricə də ixrac ediləcək. Layihənin investisiya dəyəri təxminən 1 milyon 250 min manatdır.

Xatırladaq ki, Ağdam Sənaye Parkındakı beton prefabrik məh­sulları zavodu da qurulub və artıq fəaliyyətə başlayıb. Hazır­da zavodun məhsulları sənaye və anbar binalarının tikilməsi üçün istifadə edilir. Sahibkarlar tərəfindən zavodun məhsul­larına maraq böyükdür. Belə ki, sa­hibkarlar tikinti zamanı həmin məhsulların əvəzinə dəmirlərdən istifadə edirlər. Lakin dəmir beton məhsullarına nisbətən baha başa gəlir. Beton prefabrik məhsulları isə dəmirdən qat-qat ucuz və keyfiyyətli olduğundan inşaat işləri zamanı bu məhsullara tələbat böyükdür.

Elxan SALAHOV

Oxşar xəbərlər