Bu barədə işğaldan azad olunmuş ərazilərə beynəlxalq səyyahlar qrupunun tərkibində səfər edən ABŞ-dən olan hind əsilli səyyah Arvinder Bahal bildirib.
"Mən dünyanın bütün ölkələrində olmuşam və Azərbaycan mənim ən sevdiyim ölkələrdən biridir. Bu sizin ölkənizə dördüncü səfərimdir, lakin Qarabağa ilk gəlişimdir. İşğaldan sonra burada görülən işlər inanılmaz dərəcədə təsirləndiricidir. Azərbaycanlılar burada yaratdıqları ilə haqlı olaraq fəxr edə bilərlər", - o qeyd edib.
Səfər təəssüratlarını bölüşən səyyah Ağdamı xüsusi vurğulayıb:
"Ağdamdakı məscidi ziyarət etmək çox emosional bir an idi. Həm şəhərin bərpası, həm də bütövlükdə onun inkişaf templəri təsirləndiricidir. Xankəndi və Şuşada aparılan tikinti işlərinin sürəti heyrət doğurur".
Bahal əlavə edib ki, bir neçə ildən sonra regiona qayıtmağı planlaşdırır: "Əminəm ki, beş ildən sonra bu diyar daha da çiçəklənəcək. İnşa etdiyiniz bu cür yollar və binalarla regionun gələcəyi, həqiqətən də, çox ümidverici görünür". (Report)