Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Qasım İbrahimov, səfirə burada aparılan bərpa-quruculuq işləri, yenilənmiş infrastruktur, əhalinin köçü barədə məlumat verib.
İlk dəfə Xankəndinə səfər edən səfir, şəhərə heyranlığını gizlətməyib. Şəhərlə tanışlıqdan sonra B.Helmin Qarabağ Universitetini ziyarət edərək, kitabxana, dərs otaqlarına baxıb.
B.Helmini Xankəndidən əvvəl Şuşa şəhərində olub. Səfir gələcəkdə İndoneziyanın şəhərlərindən birinin Şuşa ilə qardaşlaşmasının iki ölkə arasında münasibətlərə layiqli töhfə verə biləcəyini vurğulayıb. (APA)