Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanuna əsasən, xüsusi icra məmurları fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar.
Xüsusi icra məmurlarının fəaliyyətinə görə bir ay ərzində aldıqları icra haqlarından (xərclər nəzərə alınmadan) vergi tutulacaq.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, onların əldə etdikləri icra haqları qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab ediləcək.
Layihədə xüsusi icra məmurlarının gəlir vergisinin ödəyicisi hesab edilməsi, vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulması, hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq onlara ödənilən icra haqlarına münasibətdə bəyannamə vermək öhdəliyi nəzərdə tutulur.
"Sosial sığorta haqqında" qanunda xüsusi icra məmurlarının da məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin siyahısına əlavə edilməsi, onlardan minimum aylıq əməkhaqqının beş mislinin 25 %-i miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulacaq.
"Tibbi sığorta haqqında" qanuna da dəyişiklik edilərək, xüsusi icra məmurlarının sığortalı qismində çıxış edən şəxslərin siyahısına əlavə edilməsi nəzərdə tutulur. (Trend)