19.10.2024, 17:23
AZ EN
10.04.2023, 22:15 226

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı ABŞ generalı ilə danışıqlar aparıb

XƏBƏRLƏR
  • Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Müdafiə Nazirliyindən bildirilib ki, səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb.

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.("Trend")

Oxşar xəbərlər