Vətəndaşlarımış 7 fevralda Ankara, İstanbul və Qarsda səs verə biləcəklər
"Real"-ın verdiyi məlumata görə, paytaxt Ankarada 2, İstanbulda 2, Qars şəhərində isə 1 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Seçkiyə hazırlıq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqları tərəfindən fəal şəkildə davam etdirilir. Bu məqsədlə Ankara şəhərində yerləşən səfirlikdə 46 və 47, İstanbul Baş Konsulluğunda 53 və 54, Qarsdakı Baş Konsulluqda isə 55 saylı seçki məntəqələri yaradılıb. Səfirlikdən verilən məlumatda bildirilir ki, Türkiyə Respublikasında daimi və müvəqqəti yaşayan, uzun müddətli ezamiyyətdə, seçki günü Türkiyə Respublikasında olacaq 18 yaşı tamam olmuş aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkiyə vaxtı ilə 8.00.dan, 19.00. aralığında Azərbaycan Respublikasının ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə qeyd edilən seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilər. Türkiyəki seçki məntəqələrinin ünvanları bunlardır:
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi: Diplomatik site; Bakı sokak, N1. Oran/Ankara.
Azərbaycanın İstanbul şəhərindəki Baş konsulluğu: Zeytunoğlu Caddesi No 65, Ankara, Beşiktaş/ İstanbul;
Qars şəhərindəki Baş konsulluğu: Yusif Paşa məhəlləsi Heydər Əliyev prospekti N:9.Qars Mərkəzi.
Bundan əlavə, seçkidə iştirakla bağlı suallar üçün Türkiyədəki vətəndaşlar +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsi ilə əlaqə saxlaya bilərlər.
Hazırladı: Tahirə AĞAMİRZƏ