19.10.2024, 08:39
AZ EN
08.04.2024, 11:00 279

Konqo ilə Azərbaycan arasında əməkdaşlıq hər iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək

XƏBƏRLƏR
  • "Aprelin 4-də Konqo Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfəri oldu. Bu gün Azərbaycan Afrika dövlətləri ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atır. Sözügedən səfər bu baxımdan xüsusi əhəmiyyətə malikdir". Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Konqo Respublikası Prezidentinin iştirakı ilə əməkdaşlıq haqqında mühüm bəyannamə imzalandı.

Bu sənədlərin imzalanması, bundan sonra hər iki dövlətin münasibətlərinin güclənməsinə öz tövhəsini verəcəyinə deməyi əsas verir: "İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin inkişafı baxımından xüsusi tarixi əhəmiyyətə malikdir.

BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələrimizi daha da inkişaf etdirəcək və hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını gücləndirməyə davam edəcək".

Millət vəkili daha sonra əlavə edib ki, bu gün Azərbaycan bir çox ölkələrlə bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə sıx əməkdaşlıq etdiyi kimi, Konqo ilə də bir çox investisiya layihələrində iştirak etmək fikrində və əzmindədir: "Azərbaycanın bu işləri görmək üçün çox geniş potensial və imkanları var.

Onu da qeyd etmək lazımdır ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üçün də geniş imkan və potensial var. Vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar. Bu ənənənin bərpa olunması üçün də hər iki ölkə tərəfindən səylər davam etdiriləcək.

Heç şübhəsiz ki, müxtəlif istiqamətlər, o cümlədən neft və energetika, təbii resurslar, dövlət xidmətləri sektoru, təhsil, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı məqsədilə qarşılıqlı səfərlər və təmaslar gələcəkdə öz töhfəsini mütləq verəcək. Bu baxımdan qarşılıqlı səfərlər xüsusi əhəmiyyətə malikdir",- deyə C.Məmmədov vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər