09.06.2025, 10:46
AZ EN
09.06.2023, 11:24 361

Ermənistanda narkotika alveri genişlənir

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Susan Simonyan bu gün "MTX avtomatlarla reyd keçirib" başlıqlı məqaləsində yazır ki, milli təhlükəsizlik xidmətinin xüsusi təyinatlı dəstəsi bu günlərdə ədliyyə nazirliyinin "Nubaraşen" əmək-islah müəssisəsində qəflətən reyd keçirib.

Avtomatlarla silahlanmış xüsusi təyinatlılar oradakı bütün işçiləri sıra ilə döşəməyə uzadaraq kabinetlərdə axtarış aparıb,sonra isə hamısının  telefonlarını əllərindən alaraq qapalı məkana yığıb və gecədən xeyli keçmiş onların evlərində də yoxlama aparıblar.

Bundan sonra milli təhlükəsizlik xidmətinin rəhbəri Armen Abazyanla ədliyyə naziri Qriqor Minasyan arasında ciddi qarşıdurma yaranıb.MTX rəhbəri  sözügedən olayla bağlı  açıqlama verərkən son vaxtlar qonşu ölkələrdən( İran nəzərdə tutulur - N.Q) və Avropadan Ermənistana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin keçməsi hallarının artdığını və bununla bağlı bir neçə yüksək vəzifəli şəxsin də həbs edildiyini vurğulayıb.

N.Qaramanlı

Oxşar xəbərlər