22.11.2024, 09:48
AZ EN
10.05.2023, 13:44 321

Jurnalistlərə qarşı zorakılıq davam edir

XƏBƏRLƏR
  • "Joğovurt" (Xalq) qəzetinin bu gün "Hraparak"da yayılmış "Jurnalistlərə qarşı zorakılıq cəzasız qalır" başlıqlı məqalədə qeyd olunur ki, 3 may Beynəlxalq Söz Azadlığı və Mətbuat günü ilə bağlı yayılmış sənəddə Ermənistanın 51-ci pillədən 49-cu pilləyə keçməsi ilə əlaqədar müzakirələr davam etməkdədir.

"Sərhədsiz jurnalistlər" təşkilatının məruzəsində erməni mətbuatı barədə digər faktlar da özünə yer alıb. Qəzet yazır ki bu fikirlər ilk baxışda müsbət görünsə də, həqiqətdə bir sıra problemlər mövcuddur və bu məruzədə öz əksini tapmayıb.

Belə ki, dövlət mətbu orqanlarında işləyən jurnalistlər ölkədəki bu və ya digər nöqsanlar barədə məlumat vermək hüququna malik deyillər.

Məruzədə o da vurğulanıb ki, Ermənistanda müxalif jurnalistlər daim təhqir olunur, fiziki zorakılığa məruz qalırlar. Amma əks tərəf bir qayda olaraq cəzalandırılmırlar ki, bu da söz azadlığına qarşı yeni hücumlara rəvac verir.

Xatırladaq ki, aprelin sonlarında 3 mətbu orqan və 2 qeyri-hökumət təşkilatına qarşı hakimiyyət nümayəndələri tərəfindən məhkəməyə iddia ərizəsi daxil olub.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR