Bu barədə Rusiya hökumətinin saytında dərc olunmuş məlumatda bildirilir.
"Aleksey Overçuk Azərbaycan Respublikasına Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 24-cü iclasında iştirak etmək üçün işgüzar səfərə gəlib. İclas aprelin 16-da keçiriləcək.
A.Overçuk və Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin həmsədrliyi ilə tərəflər 2025-ci il avqustun 22-də Həştərxanda keçirilmiş komissiyanın 23-cü iclasının qərarlarının icrasının gedişini, həmçinin Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafına dair tədbirlər planının yerinə yetirilməsini müzakirə edəcəklər.
Görüş zamanı Rusiya və Azərbaycanın ikitərəfli və çoxtərəfli formatlarda ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığının geniş spektrli məsələlərinin nəzərdən keçiriləcəyi gözlənilir", - məlumatda deyilir. (Trend)