22.11.2024, 15:18
AZ EN
16.11.2024, 13:37 127

Paşinyan ermənilərin əsil faciəsinin səbəblərini açıqladı

XƏBƏRLƏR
  • Dünyada və regionda baş verən proseslər, dövrün reallıqları Ermənistannın siyasi elitasını ciddi narahat edir. Artıq ermənilər özləri də Ermənistanın bir dövlət kimi varlığının böyük təhlükə altında olmasını anlamağa başlayıb. Bunu, Baş nazir Nikol Paşinyanın son günlərdəki açıqlamaları da dəsdiqləir.

"Vətən səsi" xəbər verir ki, Paşinyan parlamendəki sonuncu çıxışı zamanı erməni istimaiyyətinə publik şəkildə çağırış edərək tarixi həqiqətləri gizlətməyin mənasız olduğuna işarə edib: “Uzun müddət bu cümləni deməmək qərarına gəldim, amma bir şeyi deməliyəm: Son illərdə İstiqlal Bəyannaməmizi onlarla dəfə oxudum və belə bir dəhşətli nəticəyə gəldim ki, Müstəqillik Bəyannaməsi Ermənistan Respublikasının mövcud ola bilməyəcəyinə dairdir. Bu da bizim ən böyük problemimiz və faciəmizdir. İndi isə əsl Ermənistan kimdir, əsl Ermənistan nədir sualı belədir: Əsl Ermənistanın vətəndaşı odur ki, buradan kənarda vətən, dövlət axtarmır”.

Baş nazir qeyd edib ki, ermənilər yaşadıqları şəhər və kəndlərin tarixi Azərbaycan ərazisi olduğunu bilə-bilə həqiqətləri gizlədir və bu, özü-özünü aldatmaqda başqa bir şey deyil: “Bir yerə gedirsən, deyirlər ki, mən Mşetsidənəm, beşincisi deyir mən vanlıyam, yeddinci "Xoytsidənəm", səkkizinci "İğdırdanam" deyir. Mən hamını çox yaxşı başa düşürəm, amma eyni zamanda anlayıram ki, bu ölkədə dilcanlı kimdir, irəvanlı kimdir. Bunu fikirləşəndə Enokavandan o tərəfə keçə bilmirəm. Biz sadə bir şeyi başa düşmürük ki, biz Dilicanda yaşayıb "Vanlıyıq" deyəndə Dilicanı itiririk. Onlara dəhliz açırıq ki, orda yerli yoxdur, ordan-burdan gəliblər, bura da köhnə türk şəhəridir, bu da köhnə Azərbaycan şəhəridir. Nə danışdığımızı eşidirlər, biz isə dövlətimizi itiririk”.

Elxan SALAHOV

Oxşar xəbərlər