22.09.2024, 05:44
AZ EN
20.12.2023, 11:47 277

İrəvandan Bakının sülh təkliflərinə cavabı yubatmasına "izahat"

XƏBƏRLƏR

"Azərbaycan Ermənistanla danışıqlar həm də onlayn formatda davam etdirir. Danışıqlar dayanmayıb və proses müxtəlif səviyyələrdə indi də davam edir, o cümlədən onlayn formatda”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib. O, deyib ki, rəsmi İrəvan sülh müqaviləsinin prinsipal şərtləri barədə öz təkliflərini Azərbaycana göndərib və hazırda Bakıdan həmin təkliflərə cavab gözləyir.

Nikol Paşinyan Azərbaycan tərəfinin "Ermənistanın sülh müqaviləsi ilə bağlı təkliflərə cavabları gecikdirir" ittihamlarına da cavab verib: "Rəsmi Bakıda bizi təkliflərə 2 ay cavab verməməkdə ittiham etdilər. Bunun da səbəbləri var. Səbəb həm də o idi ki, təkliflərə cab hazırlanmışdı, mütəmadi olaraq görüşlər planlaşdırılırdı, lakin Azərbaycan tərəfi ard-arda 4 görüşdən imtina etdiyi üçün cavabın Bakıya təqdim olunması təxirə salınırdı. Hər görüş bu danışıqlar paketinin transferinin bir hissəsi idi. Amma indi də hesab edirəm ki, danışıqlar sülh müqaviləsinin mətninə uyğun olaraq davam edir. Bu, üzbəüz müzakirə olmasa belə danışıqlar hesab olunur".

Ermənistanın Baş naziri əlavə edib ki, İrəvan Bakı ilə bütün təmasları dəstəkləyir. Hətta qarşıdakı dövr ərzində yeni əlaqələrin yaradıla biləcəyi də istisna olunmur.

Elxan SALAHOV

Oxşar xəbərlər