“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistanın yerli administrasiyası məlumat yayıb. Bildirilib ki, bu, “əhalinin məlumatlandırılması, sığınacaq və evakuasiya tədbirlərinin təşkili” mövzusunda təlimlə bağlıdır.
Xatırladaq ki, Ermənistanın Tavuş vilayəti istiqamətində yeni ərazilərin sərhədlərin delimitasiya və demarkasiyası prosesi çərçivəsində Azərbaycana təhvil verilməsi gözlənilir. Söhbət Azərbaycana məxsus anklav kəndlərdən – Sofulu, Barxudarlı və Yuxarı Əskiparadan gedir. Ermənistan mətbuatı yazır ki, proses çərçivəsində Kirants-Voskepar bölgəsində yeni ərazilərin verilməsinə hazırlıq görülür. Kirants kəndində yaşayan erməni ailələrinin dediyinə görə, həmin bölgədəki ərazilər Azərbaycana təhvil verilərsə, oradan keçən qaz kəməri də Bakının nəzarəti altına düşəcək.
Yeri gəlmişkən, ötən il demarkasiya prosesi çərçivəsində Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd divarı çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib.
Elxan SALAHOV