09.06.2025, 03:33
AZ EN
10.04.2025, 17:46 176

Qriqoryan Azərbaycanın ünvanına deyilənləri təkzib etdi: "Yalandır"

XƏBƏRLƏR
  • Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni mətbuatında yayılan Azərbaycan qüvvələrinin guya sərhədə yaxın ərazilərdə toplaşması xəbərini təkzib edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra keçirilən brifinqdə deyib. Qriqoryan Azərbaycan qüvvələrinin sərhədə yaxın yerdə cəmləşməsi barədə suala cavab olaraq bu məlumatın haradan gəldiyini soruşub və şayiələrə inanmamağı tövsiyə edib.

Təhlükəsizlik Şurasının katibi etibarlı məlumat ortaya çıxsa, bunun ictimaiyyətə açıqlanacağını bildirib: "Mənbənizdən sizə daha konkret məlumat verməsini xahiş edin. Güman edirəm ki, o, belə bir şey görməyib, çünki görsəydi, sistemlərimiz də bunu görərdi. Ermənistan Respublikası üçün təhlükə görsək, onu ictimaiyyətə təqdim edəcəyik".

Təhlükəsizlik Şurasının katibi xüsusilə sərhəddəki vəziyyətlə bağlı həqiqəti yazmağa, jurnalistləri hərbi məsələlərdə yoxlanılmamış açıqlamalara ehtiyatlı yanaşmağa və şayiələrə inanmamğa çağırıb. O, bir daha vurğulayıb ki, Müdafiə Nazirliyinin yalnız etibarlı məlumatlar olduqda ictimaiyyətə açıqlama verəcək.

Elxan SALAHOV

 

Oxşar xəbərlər