Bu barədə Milli Assambleyanın Xarici Əlaqələr Komissiyasının iclası zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Mirzoyanın sözlərinə görə, Azərbaycan tərəfi ilə son görüşdə Bakı tərəfindən Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi ilə bağlı heç bir tələb səsləndirilməyib.
"Biz deyəndə ki, Konstitusiyamızı sizinlə müzakirə edə bilmərik, çünki bu, Ermənistanın daxili işidir və danışıqlar mövzusu deyil, onlar dedilər: "çox yaxşı, bu sizin daxili işinizdir, biz bununla bağlı danışıqlar aparmırıq, sadəcə bildiririk ki, sizin Konstitusiyanızda bu ifadələr qaldıqca biz sülh sazişini yekun olaraq imzalamağa hazır deyilik"", - o qeyd edib. (Trend)