22.11.2024, 15:32
AZ EN
22.12.2023, 15:47 303

Fərid Şəfiyev: “Azərbaycan və Türkiyənin Ermənistanla iqtisadi əməkdaşlığa ehtiyacı yoxdur”

XƏBƏRLƏR
  • Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Ermənistanla iqtisadi əməkdaşlığa ehtiyacı olmadığını bildirib.

O, bu barədə “X” hesabında “Providence” jurnalında dərc olunan məqaləyə münasibət bildirərək qeyd edib.

F.Şəfiyev vurğulayıb ki, jurnalın dərc etdiyi məqalənin müəllifi Ermənistandakı revanşist gündəliyə "su tökməzdən" əvvəl yoxsulluğu və səfaləti görmək üçün orada bir az vaxt keçirsə, daha yaxşı olar.

“Tarixin də göstərdiyi kimi, nə Azərbaycanın, nə də Türkiyənin Ermənistanla iqtisadi əməkdaşlığa ehtiyacı var. Təcrid olunan sonuncudur. Ermənistanın hazırkı iqtisadi inkişafı Qərbdən Rusiyaya sanksiyalara məruz qalan malların çatdırılması ətrafında cərəyan edir”, - o əlavə edib.

F.Şəfiyev onu da diqqətə çatıdırıb ki, Azərbaycan qonşuları ilə bir sıra transregional layihələr həyata keçirir: “Bakı artıq Zəngəzur dəhlizinin əvəzinə başqa marşruta üstünlük verib. İndi biz İrəvandan zənglər eşidirik ki, o, nəqliyyat layihələrinə qoşulmağa hazırdır”. (Report)

Oxşar xəbərlər