19.10.2024, 13:41
AZ EN
09.08.2022, 16:10 244

Hikmət Hacıyev: İşğaldan sonra Laçında ermənilərin qanunsuz məskunlaşdırılması aparılıb

XƏBƏRLƏR
  • Laçının işğalı və talan edilməsindən sonra Yaxın Şərqdən olan ermənilər bu ərazilərdə qanunsuz məskunlaşdırılıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviter hesabındakı paylaşımında qeyd edib.

Paylaşımı təqdim edirik: “Robert Silinin 1992-ci ilin mayında Laçının Zabux kəndinin Ermənistan tərəfindən qanunsuz işğalı, yandırılması və talan edilməsi haqqında “Times” qəzetində reportajı. İşğaldan sonra ermənilərin Yaxın Şərqdən köçürülməsi yolu ilə qanunsuz məskunlaşddırılması aparılıb. Əlyazmalar yanmır”.

Oxşar xəbərlər