22.11.2024, 01:48
AZ EN
26.08.2022, 14:05 350

Türkiyə XİN: Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasından məmnunluq duyuruq

XƏBƏRLƏR
  • Laçın şəhərinin, Zabux və Sus kəndlərinin üçtərəfli anlaşma əsasında davam edən proses çərçivəsində bu gün Azərbaycana qaytarılmasından məmnunluq duyuruq.

Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

Diqqətə çatdırılıb ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində mühüm addım olan bu hadisənin Azərbaycan-Ermənistan münasibətlərinə olduğu kimi, regional normallaşmaya da töhfə verəcəyinə ümid edirik.

Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR