23.12.2024, 15:43
AZ EN
23.05.2022, 17:29 259

TBMM-in komitə sədri: "Ermənistanla münasibətlərin normallaşdırılmasına dair müzakirələr davam edir"

XƏBƏRLƏR
  • "Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr davam edir".

Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç bildirib.

Onun sözlərinə görə, masada bir sıra məsələlər, həmçinin Ermənistanın ilkin şərt olmadan da normallaşma təklifi var:

"Hazırda iki ölkə arasında çarter uçuşları başlayıb. Uzun müddət anlaşmazlıqlar olub, münasibətlərin normallaşmasına dair proses bir-iki günlük deyil. Bunun üçün bir mərhələ lazımdır. Lakin tərəflərin bunun üçün xüsusi nümayəndə təyin etmələri ortada bir iradə olmağının göstəricisidir".

Akif Çağatay Kılıç Azərbaycanın da prosesi dəstəklədiyini ifadə edib. O, eyni zamanda bildirib ki, Türkiyə 30 ilə yaxın müddətdən, torpaqların azad edilməsindən sonrakı prosesdə də Azərbaycanın yanındadır:

"Ümid edirəm ki, qarşıdakı dövrlərdə bunun müsbət nəticələrini görərik" - deyə o qeyd edib. (APA)

Oxşar xəbərlər