Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bölgə müxbirinə bildirilib ki, aksiya görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunub.
Təşkil edilən oftalmoloji müayinələrin əsas məqsədi əhali arasında göz xəstəliklərinin erkən aşkarlanması, görmə problemlərinin vaxtında diaqnostikası və profilaktikası, vətəndaşların oftalmoloji xidmətlərə əlçatanlığının artırılması və Zərifə xanım Əliyevanın tibb elminə verdiyi töhfələrin təbliğidir.
Aksiya zamanı vətəndaşlara ixtisaslı həkimlər tərəfindən peşəkar tibbi xidmət göstərilib, müayinələrdə iştirak etmək istəyən şəxslərin əvvəlcədən poliklinikaya müraciət edərək qeydiyyatdan keçmələri təmin olunub.
Müxtəlif yaş qrupları üzrə ümumilikdə 73 vətəndaş müayinədən keçirilib, ilkin diaqnoz qoyulan xəstələr əlavə müayinələrə cəlb edilib. (AZERTAC)