O yazıb ki, müzakirələrdə rəhbərlik etdiyi təşkilatın Cənubi Qafqazda sülhün bərqərar olunmasına dair səyləri, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyasına dair fikir mübadiləsi aparılıb:
“Bir qədər əvvəl sərhədlərin delimitasiyası və demarkasiyasına dair əldə olunan razılaşma doğru istiqamətə atılan bir addımdır. Biz tərəfləri xalqların rifahı naminə sülh danışıqlarını davam etdirməyə çağırırıq. Malta ATƏT-ə sədrliyi dövründə təşkilatın dayanıqlığını gücləndirmək və COP29 ərəfəsində yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi ideyalarına sadiqdir” – ATƏT sədrinin paylaşımında belə deyilir. (APA)