19.09.2024, 05:08
AZ EN
25.01.2023, 14:55 309

Hayların xarici kəşfiyyat işlərinə qadın rəhbərlik edəcək

XƏBƏRLƏR

Ötən həftə xəbər vermişdik ki, hayların insan haqları üzrə müvəkkili Kristinne Qriqoryan parlamentə müraciət edərək tutduğu vəzifədən istefaya getməsinin qəbul olunmasını xahiş etmişdir. Parlament qanununa görə, müraciətə bir həftə ərzində baxılmalıdır. O, bunu gözləmədən yanvarın 24-də yenidən ərizə yazaraq istefa verdiyini və başqa işə dəvət olunduğu üçün daha gözləyə bilməyəcəyini vurğulayıb. Erməni mediası yanvarın 25-də günorta xəbər yayıb ki, K.Qriqoryan səhər ombudsman aparatına gələrək əməkdaşlardan vidalaşıb, şəxsi əşyalarını götürüb gedərkən isə bildirib ki, artıq Hayastanda deyil, xaric ölkələrlə işlə məşğul olmaq təklifi alıb.

"Hraparak" özünün etibarlı mənbəyinə əsaslanaraq iddia edir ki, K.Qriqoryan bu yaxınlarda yaradılmış xarici kəşfiyyat xidmətinin rəhbəri vəzifəsində işləmək üçün hakimiyyət tərəfindən edilən təklifi qəbul edib.

Onun hansı xarici ölkəyə səfər etməsi isə hələlik məxfi saxlanılır, yerinə isə parlamentə əmək və sosial məsələlər nazirinin sabiq müavini Tatevik Stepanyanın namizədliyi təqdim ediləcək.

Nəsib

Oxşar xəbərlər