Bu barədə "Joğovurd" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanları Ermənistan Futbol Federasiyasının maliyyə fəaliyyəti ilə maraqlanmağa başlayıblar. Xüsusilə, hüquq-mühafizəçilərin ÇSKA klubuna da diqqət yetirəcəyi bildirilir. İddialara əsasən, bu komandaya hansı prinsiplə gənc futbolçuların cəlb edildiyi və onların nəticədə hərbi xidmətdən azad olub-olmadıqları araşdırılır. Məlumatlara görə, federasiyada həbslər də mümkündür.
"Joğovurd" həmçinin Ermənistan Futbol Federasiyasının prezidenti Armen Melikbekyanın növbəti uğursuzluqlarından birinin də milli komandaya yanvar ayına qədər baş məşqçi təyin etmək vədini yerinə yetirməməsi olduğunu qeyd edir. Ermənistan yığması mart ayında Gürcüstan millisi ilə Millətlər Liqasının pley-off oyunlarına çıxacaq.
GÜNEL