O, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə bəyan edib.
Paşinyanın sözlərinə görə, iki ölkənin münasibətlərində iqtisadi gündəm siyasi gündəm üzərində üstünlük təşkil etməyə başlayır.
"Görünür, iqtisadi gündəm siyasi gündəm üzərində üstünlük təşkil edir və bu, yaxşı haldır, çünki siyasi proqramlar iqtisadi proqramlara xidmət etmək üçün nəzərdə tutulub. 8 avqust hadisələri (Vaşinqton sammiti, 2025-ci il) iqtisadi əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar açdı və mən Ermənistanla Azərbaycan arasında ticarət dövriyyəsinin formalaşmasına şadam", - o bəyan edib.
Paşinyan həmçinin ümidvar olduğunu bildirib ki, yaxın zamanlarda ölkələr təkcə bir-birindən mal idxal etməklə kifayətlənməyəcək, həm də tammiqyaslı ikitərəfli ixrac əlaqələri quracaq.
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivlərini şərh edən Baş nazir qeyd edib ki, hələlik bu prosesin başa çatacağı konkret vaxtı demək çətindir. (Report)