05.03.2026, 16:15
AZ EN
05.03.2026, 14:22 17

Naxçıvan xəstəxanası: dron hücumu ilə bağlı təcili yardım şöbəsinə 4 nəfər müraciət edib

XƏBƏRLƏR
  • İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alanların vəziyyəti stabildir. Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov bunu bildirib.

“Dron hücumu ilə bağlı təcili yardım şöbəsinə 4 nəfər müraciət edib. 2 nəfər barotravma alıb, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Xəstələrə ilkin yardım olunub, vəziyyətləri stabildir və müvafiq şöbələri yerləşdiriliblər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. (AZƏRTAC)

Oxşar xəbərlər