20.04.2026, 16:55
AZ EN
20.04.2026, 14:58 49

Fransa Ermənistanı yenə silahlandıracaq

XƏBƏRLƏR
  •  Fransa hökuməti qarşıdakı bir neçə ildə Ermənistani silahlandırmaqda davam edəcək. Bura müdafiə xarakterli silahların tədarükü ilə yanaşı hərbi-texniki dəstəyin göstərilməsi də daxildir.

"Vətən səsi" xəbər verir ki, bu barədəı Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, yaxın vaxtlarda Paris və İrəvan arasında strateji tərəfdaşlığa dair yeni bir müqavilənin imzalanacağı da gözlənilir. Belə ki, Paris gələcəkdə İrəvanla Ermənistana hərbi texnikanın verilməsini mümkün edəcək yeni sazişə razılıq verib.

Erməni mətbuatı Fransanın Avropa işləri üzrə naziri Benjamin Haddada istinadən yazır ki, yaxın planda Fransa prezidenti Makronun Ermənistana səfəri də nəzərdə tutulub. Səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri, Avropa İttifaqının Ermənistandakı mülki missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi məsələlər müzakirə olunacaq.

"Ölkələrimiz arasında onsuz da çox yaxın olan tarixi, mədəni və iqtisadi əlaqələri, eləcə də müdafiə sahəsində əməkdaşlığı gücləndirə biləcəyik. Prezident Makron və Baş nazir Paşinyan bizi daha da yaxınlaşdıracaq strateji tərəfdaşlıq müqaviləsi imzalayacaqlar. Bunun ardınca Avropa İttifaqı ilə İrəvan arasında əməkdaşlığı gücləndirmək üçün fürsət yaradan Aİ-Ermənistan sammiti keçiriləcək. Bu, Ermənistanın Fransa və Avropa İttifaqı ilə münasibətlərində mühüm mərhələ olacaq", - deyə Haddad Makronun Ermənistana gözlənilən səfərini şərh edərkən deyib.

O, həmçinin qeyd edib ki, Fransa artıq Ermənistanla müdafiə sahəsindəki əməkdaşlığını həm silah təchizatı, həm də məsləhət baxımından genişləndirib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Fransa və Ermənistan arasında iki ölkə hava hücumundan müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, 3 ədəd “Ground Master” radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib. Həmin avadanlıq 250 km radiusda hava obyektlərinin tanınmasına imkan verir. Anlaşmaya əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçməlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər