Tarix dərsliklərindən bir neçə saxtakarlığın ləğv edilməsini xalqa zərbə kimi dəyərləndirən müəllimənin məntiqinə görə, haylara real tarixi faktlar deyil, məhz uydurmaları özündə əks etdirən mövzular tədris olunmalıdır. Baş nazir Nikol Paşinyanı ümumxalq mənafeyinə deyil, komanda mənafeyinə xidmət etdiyi fikrini daim yaymağa israrlı olduğunu deyən müəllimə etiraz aksiyalarının nəticəsizliyinin səbəbini də xalqda axtarıb və vurğulayıb ki, iqtidar tez-tez velosipedlə yürüş keçirib canlı yayımda xalqa nümayiş etdirir və Nikolun sonu məhz velosiped sürərkən gələcək. Müəllimi bu düşüncədə olan şagirdlərdən isə əlbəttə, nəcib əməllər gözləmək yersizdir.
N.Qaramanlı