01.04.2026, 19:16
AZ EN
01.04.2026, 17:36 4

Erməni kilsəsi müxalifətlə işbirliyində: müharibəni qızışdırır, terrorçu dəstə saxlayırlar

XƏBƏRLƏR
  • "Bəzi erməni kilsələri siyasiləşdirilib, onlar Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəmir. Əksinə, müxalifətə xidmət etməklə müharibəni qızışdırır, terrorçuları bəsləyirdir".

"Vətən səsi" xəbər verir ki, bunu erməni keşiş Armen Melkonyan yerli hurnalistlərlə söhbətin zamanı bildirib. O, deyib ki, hökumət ötən ilin yazınadək müxalifətlə gizli işbirliyi quran din xadimlərinə qarşı dözümlülük göstərərək onların kilsədən siyasi məqsədlər üçün istifadə etməsinə göz yumub. Amma onun sözlərinə görə, sonradan bəzi kilsə rəhbərləri daha da radikallaşaraq erməni xalqının inamından istifadə edərək geniş kütlələr arasında müharibə təbliğat aparıb, əhalini Paşinyan hökumətinin sülhlə bağlı qərarlarına qarşı çıxmağa səsləyib: "Hazırda həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan öz toplantılarını İrəvanın mərkəzindəki kilsədə təşkil edirdi təsadüfi deyildi. Danılmaz faktdır ki, bəzi din adamları xalq arasında nifrət toxumu səpir, onu zəhərləyirlər. Baş nazir Nikol Paşinyan insanların gözlərini açmağa çalışır. Xalqımızın bir hissəsi onun dürüstlüyü qiymətləndirmir. Baş nazir kilsə rejiminin işləmədiyini, üfunətli olduğunu göstərir. Baş nazir onların boğazlarında sümüyə çevrilib, uda bilmirlər, bu insanlar terrorçudur, müharibəni qızışdırmaq istəyirlər. Keşişlə keçmiş hakimiyyətlərin dövründə iqtidarda olanların qarşısında baş əyir, az qala ayaqqabılarını silirdilər".

Armen Melkonyan hesab edir ki, yalnız II Qareginin dəyişdirilməsi siyasiləşmiş dindarlarla hökumət qurumları arasında yaranmış problemi həll etməyəcək. Onun fikrincə, ölkədə sabitliyin təmin olunması, kilsələrin isə öz fəaliyyətini qanunun tələbləri əsasında davam etdirə bilməsi üçün bütün erməni kilsələri dəyişdirilməlidir.

Melikonyan İrəvanın Müqəddəs Anna kilsəsində baş verən hadisəni də bəzi keşişlərin öz fəaliyyətini müxalifətin qnunsuz tapşırıqları üzərində qurmasının təzahürü kimi qiymətləndirib. 

Xatırladaq ki, martın 29-da Davit Minasyan adlı şəxs qardaşı ilə birlikdə Müqəddəs Anna kilsəsində Ermənistan Baş naziri Nikol Paşinyana qarşı zor tətbiq edərək onu vurmağa cəhd edib. Hadisədən dərhal sonra Baş nazirə hücum edən qardaşlar saxlanılıb. Davit Minasyan məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs cəzasına məhkum edilib. Onun əkiz qardaşı Mikael Minasyan girov müqabilində qətimkan tədbiri olaraq ev dustaqlığına buraxılıb. Həmin hücumun təşkilində şübhəli bilinən üçün şəxs - Gevorq Gevorqyan barəsində də qətimkan tədbiri seçilərək saxlanılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər