15.12.2024, 02:49
AZ EN
14.12.2024, 18:40 119

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edəcək

XƏBƏRLƏR
  • Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Nazirlər Şurasının yeddinci iclası dekabrın 17-də onlayn formatda keçiriləcək.

Iclasda Qazaxıstanın 2020-2024-cü illər üçün AQFETM-ə sədrliyinin başa çatması və Azərbaycanın 2024-2026-cı illər üzrə sədrliyinin başlanması qeyd ediləcək.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Xarici İşlər Nazirləri Şurasının iclasları və AQFETM Sammiti iki il fasilələrlə keçirildiyinə görə, ümum-Asiya təşkilatına üzv olan 28 ölkənin xarici işlər nazirləri geniş spektrli məsələlər ətrafında müzakirələr aparmaq niyyətindədirlər.

Bu məsələlər 2022-ci ilin oktyabrında AQFETM-in Astanada keçirilmiş sonuncu Sammitindən bəri Asiyada və dünyada mövcud geosiyasi vəziyyət fonunda qlobal və regional sülh və təhlükəsizlik də daxil olmaqla beynəlxalq gündəm üçün mühüm əhəmiyyət kəsb edir.

AQFETM Xarici İşlər Nazirləri Şurasının yeddinci iclasında, tədbir ərəfəsində ətraflı şəkildə razılaşdırılmış və AQFETM-in Yüksəkvəzifəli şəxslər komitəsində konsensus əsasında yekunlaşdırılmış mühüm sənədlərin qəbul ediləcəyi gözlənilir. (AZERTAC)

Oxşar xəbərlər