Bu fikirləri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlar beynəlxalq müzakirə platformalarında daha geniş təqdim olunmalıdır.
“Azərbaycan postmünaqişə dövründə regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Bu kontekstdə sülh sazişinin imzalanması, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi məsələlər beynəlxalq ictimaiyyətin diqqətindədir. Antalya Diplomatiya Forumu bu istiqamətdə dialoqun dərinləşdirilməsi üçün əlverişli imkan yaradır. Forum regional əməkdaşlıq formatlarının inkişafına da mühüm töhfə verir. Xüsusilə türk dövlətləri, Avropa və Asiya ölkələri arasında əlaqələrin genişlənməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və siyasi dialoqun intensivləşdirilməsi bu platformada öz əksini tapır. Bu isə Azərbaycanın regional inteqrasiya proseslərində aktiv rolunu daha da möhkəmləndirir.
Tədbir çərçivəsində enerji təhlükəsizliyi, qlobal təchizat zəncirlərinin dayanıqlılığı, rəqəmsal iqtisadiyyat və yaşıl enerji kimi aktual mövzular müzakirə olunur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, xüsusilə alternativ enerji marşrutlarının formalaşdırılmasında iştirakı ölkəmizin strateji əhəmiyyətini artırır. Bu baxımdan forum yeni enerji layihələrinin təşviqi və beynəlxalq investisiyaların cəlbi üçün də mühüm platformadır”, - deyə komitə sədri vurğulayıb.
Arzu Nağıyev bildirib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanları da forum çərçivəsində xüsusi diqqət mərkəzindədir: “Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Orta Dəhliz layihəsi Avropa ilə Asiya arasında etibarlı və səmərəli bağlantının təmin edilməsinə xidmət edir. Bu layihələr regionun iqtisadi potensialını artırmaqla yanaşı, ölkəmizin tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir. Forum həm də diplomatik münasibətlərin inkişafı baxımından əhəmiyyətli platformadır. Müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin və ekspertlərin bir araya gəlməsi çoxtərəfli əməkdaşlığın genişlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və siyasi dialoqun dərinləşməsinə imkan yaradır”.
Arzu Nağıyev vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə və şəffaf idarəçilik məsələləri də forumun əsas müzakirə mövzularından biridir. Bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və institusional mexanizmlərin təkmilləşdirilməsi dövlət idarəçiliyində effektivliyin artırılmasına şərait yaradır. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi islahatlar beynəlxalq səviyyədə müsbət qiymətləndirilir.forum həm də diplomatik münasibətlərin inkişafı baxımından əhəmiyyətli platformadır. Müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin və ekspertlərin bir araya gəlməsi çoxtərəfli əməkdaşlığın genişlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və siyasi dialoqun dərinləşməsinə imkan yaradır. (AZƏRTAC)